Yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafı ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib: "SABAH” qrupları layihəsi savadlı, bacarıqlı və innovativ səriştələr əldə etmiş gənc nəslin formalaşması və iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi üçün əhəmiyyətli imkanlar yaradır".
"Bu tarixin bir hissəsi olmaq qürurvericidir", - deyə əlavə edən Mikayıl Cabbarov dövlət başçısı və Birinci vitse-prezidentin dəstəyi ilə reallaşdırılan bu layihənin inkişaf etdirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib, onlara uğurlar və yeni nailiyyətlər arzulayıb.