Vergi ödəyicilərinin komissiya müqaviləsi üzrə vergi öhdəlikləri

2023.07.07 10:31 (UTC+04:00)

Misal 1: “AA” MMC komissiya müqaviləsinə əsasən əldə etdiyi malı 20 manata satır. Bir malın satışına görə 30 faiz, yəni, 6 manat komissiya haqqı alacaq. Hesabat dövrü ərzində 1000 ədəd mal satdığı üçün 20.000 manat dövriyyə olub.

a) MMC sadələşdirilmiş vergi ödəyicisi olduğu halda

Sadələşdirimiş verginin məbləği 120 manat təşkil edəcək.

20000 x 30% = 6000 manat;

6000 x 2 % = 120 manat.

b) Mənfəət (gəlir) vergisi ödəyicisi olduqda

Mənfəət (gəlir) vergisinə cəlb olunan məbləğ - 6 000 manat olacaq.

20000 x 30 faiz = 6000 manat.

c) ƏDV ödəyicisi olduqda

Malları satan da ƏDV ödəyicisi olduğu halda, satılan mallara görə hesablanan ƏDV məbləği 1.080 manat olacaq:

6000 x 18% = 1080 manat.

Misal 2: “BB” MMC alqı-satqı müqaviləsinə əsasən 14 manata aldığı malı 20 manata satır. Ticarət əlavəsi 6 manatdır.

20 -14 = 6 manat.

Hesabat dövrü ərzində 1.000 ədəd mal satıldığı üçün dövriyyə 20.000 manat olub.

a) Sadələşdirilmiş vergi ödəyicisi olduğu halda

Sadələşdirimiş verginin məbləği 400 manat olacaq:

20000 x 2% = 400 manat.

b) Mənfəət (gəlir) vergisi ödəyicisi olduqda

Mənfəət (gəlir) vergisinə cəlb olunan məbləğ - 6 000 manat olacaq:

1000 x 6 = 6000 manat.

c) ƏDV ödəyicisi olduqda

ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə 3.600 manat təşkil edəcək:

20000 x 18% = 3600 manat.

Əgər malları satan da ƏDV ödəyicisi olarsa, ƏDV üzrə əvəzləşdirilən 2.520 manat (14 000 manat x 18 faiz) olduğundan büdcəyə yekun ödəniləsi ƏDV məbləği 1.080 manat olacaq:

3600 - 2520 = 1080 manat

İki hal üzrə misallardan göründüyü kimi, ciddi fərq sadələşdirilmiş vergi ödəyicisi hüququna malik olan vergi ödəyicilərində olur. Digər vergi ödəyiciləri üçün sənədləşmə və əməliyyat baxımdan proses fərqli olsa da yekunda vergi öhdəlikləri dəyişmir.

Həmçinin, komissiya müqaviləsi üzrə dövriyyə komitentin ödədiyi xidmət haqları hesab olunur. Mümkündür ki, pərakəndə satışla məşğul olan komisyonçunun satış dövriyyəsi ardıcıl 12 ayda 200.000 manatdan yuxarı olsa da ƏDV ödəyicisi kimi fəaliyyət göstərməsin. Çünki komisyonçunun satış dövriyyəsi əsas deyil, komitentdən aldığı xidmət haqqı dövriyyə kimi qəbul edilir. Alqı-satqı müqaviləsinin isə üstün cəhəti odur ki, alıcı malların qiymətini təqdim etməkdə sərbəstdir.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı