"Cenevrəyə səfər çərçivəsində Ümumdünya Ticarət Təşkilatının baş direktoru xanım Ngozi Okonyo-İveala ilə görüşdə ÜTT ilə əlaqələrin gücləndirilməsi imkanları, Azərbaycanla təşkilat üzvləri arasında əməkdaşlığın prioritet istiqamətlərini nəzərdən keçirdik, ölkəmizin dünya iqtisadiyyatı sistemində mövqeyi və xarici sərmayələrin təşviqi üçün mövcud biznes mühiti barədə müzakirələr apardıq".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.