Bu ilin yanvar-aprel ayları ərzində Çindən Azərbaycana 572,65 min ABŞ dolları dəyərində 1,91 ton nərə balıqlarının kürüsü idxal edilib.
"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər ifadəsində 12,8 faiz, həcm olaraq isə 16,4 faiz çoxdur.
Cari ilin ilk 4 ayı ərzində Azərbaycandan cəmi 176,74 min dollar dəyərində 0,23 ton kürü ixrac edilib ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 2,2 və 3,3 dəfə üstələyir.
Məhsul əsasən Rusiya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapura ixrac edilib.