Peşəkar mühasib sertifikatının alınmasına dair bildiriş

2023.07.05 14:15 (UTC+04:00)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2018- ci il tarixli 464 nömrəli Qərarına əsasən bütün təşkilaların baş mühasibləri:

illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin 2023-cü il yanvarın 1-dək işə qəbul edilən baş mühasibləri - 2024-cü il 30 dekabradək;

iri və orta sahibkarlıq subyektlərinin baş mühasibləri - 2023-cü il 30 dekabradək;

paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2023-cü il 30 dekabradək;

qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2023-cü il 30 dekabradək;

büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dək işə qəbul edilən baş mühasibləri - 2024-cü il 30 dekabradək;

illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dən sonra işə qəbul edilən baş mühasibləri müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdırlar.

Ətraflı məlumat üçün (012) 404 81 59 və (055) 404 81 50 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.