Ötən il artıq ödəmə məbləği 21 faizdən çox azalıb

2019.06.08 11:30 (UTC+04:00)

Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində bildirilib ki, 2018-ci ildə vergi ödəyicilərinin dövlət büdcəsinə olan cəmi artıq ödəmə məbləği azalıb. Azalma, əsasən, qeyri-neft sektorunun hesabına baş verib. Vergi və digər icbari ödənişlər üzrə vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıq ödəmə məbləği 01 yanvar 2019-cu il tarixinə ümumilikdə 2 milyard 1 milyon 221,6 min manat təşkil edibki, bu da 2018-ci ilin 1 yanvar tarixinə olan göstəricidən 543 milyon 665,8 min manat və ya 21,4 faiz azdır. Bu məbləğin 94,3 faizi qeyri-neft sektorunun, 5,7 faizi isə neft sektorunun payına düşüb. Əvvəlki dövrlə müqayisədə neft sektoru üzrə azalma 52,3 faiz təşkil edib.

Palatanın rəyinə görə, artıq ödəmə məbləğinin azalması bir çox tədiyyə növləri, o cümlədən Dövlət Neft Şirkəti xətti ilə ödənilən sair daxilolmalar üzrə hesablanmış məbləğlərin artım tempinin yüksək olması ilə əlaqədar olub.

Daha ətraflı:
http://sai.gov.az/upload/files/ICRA-2018-FINAL(1).pdf