Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bankla ölkəmizin səmərəli əməkdaşlığı, investisiyaların stimullaşdırılması və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə fikirlərimizi bölüşdük.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.