BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romada keçirilən 43-cü sessiyası çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Ari Ditçerlə görüşüb.
Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə iki ölkə arasında aqrar sahədə həyata keçirilən əməkdaşlığın perspektivlərinə toxunulub. İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.