İtaliya Azərbaycanın neft və qaz məhsullarının ən böyük alıcısıdır.
Bu sözləri “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Qafqaz və Mərkəzi Asiya üzrə ekspert Fabrissi Vielmin deyib.
Onun sözlərinə görə, İtaliya coğrafi mövqeyinə görə Azərbaycandan enerjinin Avropaya nəqli üçün tranzit ölkə kimi çıxış edir: “Bundan əlavə, ölkələrimiz arasında münasibətlər ümumi mədəni yaxınlıq, qarşılıqlı rəğbət üzərində qurulub və bunun sayəsində italiyalı Azərbaycanda çalışarkən özünü vətənindəki kimi hiss edir. Eyni zamanda, möhkəm siyasi təmələ əsaslanan əməkdaşlığımız yaxşı inkişaf edib. Bütün bunların fonunda Prezident İlham Əliyevin 2020-ci ilin fevralında Romaya dövlət səfəri İtaliya-Azərbaycan münasibətlərində keyfiyyətcə irəliləyiş oldu və müsbət nəticələr verdi”,- ekspert əlavə edib.
Tamilla MƏMMƏDOVA