İran İslam Respublikasında xurmanın müxtəlif növlərinə vergi tətbiq olunmağa başlanıb. "Mozafati" növündən olan xurmanın 1 kiloqramı üçün tətbiq edilən ixrac vergisinin məbləği 80 min rial (1 manat), "Kəbkəb" növü üçün 50 min rial (63 qəpik), digər növlər üçünsə daxili bazar qiymətlərinin 30 faizi həcmində təşkil edir.
Bundan əvvəl – aprel ayında İran bazarının tənzimlənməsi komitəsinin qərarı ilə ölkədən xurma ixracına qadağa qoyulmuşdu. Lakin bir sıra rəsmi dairələr bu qadağaya qarşı olduqlarına görə qərar həyata keçirilməyib.
Qeyd edək ki, İran dünyanın müxtəlif ölkələrinə hər il 1,1 milyon ton xurma ixrac edir.