Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Gürcüstana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Orxan Nəzərli və onu müşayiət edən şəxslər iyunun 28-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, səfərin məqsədi Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) Tbilisidə keçirilən 27-ci Baş Assambleyasında iştirak etməkdir.