Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. KOB subyektlərinin fəaliyyətinin təşviqi iqtisadiyyatımızın şaxələnməsinə və qeyrineft sektorunun inkişafına mühüm töhfələr verir. 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində ölkəmizdə KOB subyektlərinin sayı 45% artıb və qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə yüksəlib.
2021-ci illə müqayisədə 2022-ci ildə KOB-lar üzrə dövriyyə 19%, vergi daxilolmaları isə 61% artıb. Sahibkarlarımıza davamlı uğurlar və nailiyyətlər arzulayırıq.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosil şəbəkə hesablarında paylaşım edib.