27 iyun - Mikro, Kiçik və Orta Müəssisələr günüdür

2023.06.27 10:20 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA Azərbaycanda mikro, kiçik və orta biznesin inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstərir, müxtəlif dəstək mexanizmləri ilə daim KOB-ların xidmətindədir. Biznesin qurulması və inkişafı, innovativ ideyaların reallaşdırılmasına dəstək istiqamətində Agentliyin fəaliyyəti təqdirəlayiqdir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.