Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina “vergiler.az”a bu mövzuda açıqlama verib.
Ekspert qeyd edib ki, ayrı-ayrı ölkələrin, eləcə də Rusiya qatarları Ermənistan, Türkiyə, Yaxın Şərq və Cənubi Asiya ölkələrini birləşdirən Zəngəzur dəhlizi ilə hərəkət edə biləcək. Bu dəhliz sayəsində Rusiya Ermənistan istiqamətində birbaşa dəmir yolu əldə edəcək. Ermənistan isə Rusiya və Avrasiya İqtisadi İttifaqı bazarlarına daha qısa yolla çıxış imkanı qazanacaq.
“İndiki vəziyyətdə Moskvanın region ölkələrini birləşdirməyə və Yaxın Şərqin böyük bazarına çıxışı təmin etməyə yönəlmiş yeni nəqliyyat layihələrinin həyata keçirilməsində daha fəal iştirakını gözləməliyik. Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacağı təqdirdə Rusiya, Azərbaycan, Türkiyə və ola bilsin ki, Ermənistan arasında dəmir yolu şəbəkəsi genişləndiriləcək. Bu, regional ticarətin fəallığına müsbət təsir göstərəcək”, - A.Lavrina qeyd edib.
Tamilla MƏMMƏDOVA