Vergi ödəyicilərinin qeydiyyat və uçot sistemi təkmilləşdirilir VİDEO

2023.06.25 14:33 (UTC+04:00)

Sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə həyata keçirilən islahatlar çərçivəsində vergi ödəyicilərinin qeydiyyat və uçot sistemi təkmilləşdirilir. 2023-cü ilin iyun ayının 1-nə ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,5 faiz, hüquqi şəxslərin sayı isə 9,7 faiz artıb.