Bu ilin yanvar-may ayları ərzində elektron satınalmaların həcmi 367,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz çoxdur.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.
Xidmət rəisi bildirib ki, 2022-ci ilin yanvar-may aylarında elektron satınalmaların həcmi 334,1 milyon manat təşkil edib.