Vergi ödəyiciləri elektron kabinetə yalnız elektron imza vasitəsilə daxil ola biləcəklər VİDEO

2023.06.28 12:00 (UTC+04:00)

2024-cü il yanvarın 1-dən etibarən vergi ödəyiciləri yalnız gücləndirilmiş elektron imza vasitəsilə şəxsi elektron kabinetlərinə daxil ola biləcəklər. Yeniliyin məqsədi ödəyicilərin fərdi və sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumatlarının təhlükəsizliyi və məxfiliyini daha etibarlı qorumaqdır.

Mövzu ilə bağlı “Biznes mühiti”nin suallarını Dövlət Vergi Xidmətinin şöbə rəisi Məmməd Quliyev cavablandırır.