Özəl təhsil müəssisələrinin rüsumları azaldıla bilər

2019.06.07 14:53 (UTC+04:00)

Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliyə uyğun olaraq, Azərbaycanda özəl təhsil müəssisələri ilə bağlı rüsumların azaldılması təklif olunur. Qanunun 31.1 maddəsinə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2.000 manat, ümumtəhsil müəssisələri 5.000 manat, məktəbdənkənar təhsil müəssisələri 5.000 manat, peşə təhsili müəssisələri 10.000 manat, orta ixtisas təhsili müəssisələri 12.000 manat, ali təhsil müəssisələri 20.000 manat, əlavə təhsil müəssisələri 12.000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr 12.000 manat dövlət rüsumu ödəməlidir.

Xatırladaq ki, birinci oxunuşda təklif belə idi: akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3.000 manat, ümumtəhsil müəssisələri 5.000 manat, məktəbdənkənar təhsil müəssisələri 7.000 manat, peşə təhsili müəssisələri 10.000 manat, orta ixtisas təhsili müəssisələri 15.000 manat, ali təhsil müəssisələri 20.000 manat, əlavə təhsil müəssisələri 15.000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr 15 000 manat dövlət rüsumu ödəməlidir.