"İqtisadi zona" proqramının 02 iyun 2019-cu il tarixli buraxılışı Video

2019.06.07 13:47 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında Bakıda keçirilmiş ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Sərgisindən reportaj, elektron qaimə-fakturanın təqdim edilməsi qaydası, problemli kreditlər üzrə kompensasiyaların ödənilməsində ortaya çıxan mübahisəli məsələlərin həlli, “ikinci əl” avtomobil ticarətində istehlakçıların diqqət yetiməli olduqları məqamlar barədə süjetlər yer alıb.

Proqramın qonağı – Maliyyə Bazarlarına Nəzarət Palatasının Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin direktoru vəzifəsini icra edən Samir İsmayılov kapital bazarının inkişafı, həmçinin xarici investisiyaların Azərbaycan iqtisadiyyatına cəlb edilməsi ilə bağlı suallara aydınlıq gətirib.