Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisinin gəlir və xərclərinin uçotu kassa metodu ilə aparılarkən dəyəri ödənilməmiş, lakin təqdim edilmiş malların dəyəri gəlirdən çıxılmır. Vergi ödəyicisi həmin malların dəyərini yalnız bu malların dəyərinin malgöndərənə ödənildiyi hesabat dövründə gəlirdən çıxılan xərclərə aid edir.
Əsas: Vergi Məcəlləsinin 130-cu, 131-ci və 133-cü maddələri