İyunun 20-da keçiril­ən hərracda 14 əmlak satılıb

2023.06.22 17:41 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 1 kiçik dövlət müəssisəsi və 13 nəqliyyat vasitəsi özəlləşdirilib.​

Özəlləşdirilən kiçik dövlət müəssisəsi Gəncə şəhərində yerləşən iaşə obyektidir. ​

Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, hərracda 5 900 manat ilkin start qiyməti ilə təklif edilən “Chevrolet Niva” markalı avtomobil 6 660 manata satılıb.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə​ https://clck.ru/33ihWp​ linki vasitəsilə tanış olmaq mümkündür. ​ ​

Məlumat üçün bildiririk ki, səhmdar cəmiyyətlərin səhm paketi, kiçik dövlət müəssisəsi, yarımçıq tikili və nəqliyyat vasitələri üzrə növbəti hərraclar 4, 11 və 19 iyul tarixlərində keçiriləcək.