Bu ilin yanvar-may ayları ərzində satınalan təşkilatlardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 3097 yekun protokol təhlil olunub.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə Xidmətin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.
Bildirilib ki, müsabiqədə qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunduğundan 367 protokol Dövlət Xidməti tərəfindən ləğv edilib.