"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2023.06.19 14:41 (UTC+04:00)

-İpoteka kreditini başqasının adına necə keçirmək olar? Sosial ipotekada bu mümkündürmü?

-Kimə, nə qədər məzuniyyət pulu verilməlidir? Hüquqlarınızın pozulmaması üçün ödənişi özünüz də hesablaya bilərsiniz.

-Türk lirəsinin dəyərdən düşməsindən sonra Türkiyəyə turlar ucuzlaşıbmı? Qardaş ölkədə istirahət planlaşdıranlar turizm şirkətlərinin bu açıqlamasını qaçırmasınlar.

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 18 iyun 2023-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Torpaq ehtiyatlarının dövlət idarəetməsi, bu sahədə münasibətlərin tənzimlənməsi, eləcə də bələdiyyə torpaqlarının istifadəsi ilə bağlı vətəndaşları maraqlandıran sualları Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Vüsal Səfərov cavablandırıb.