Azərbaycan Prezidenti: Pakistanla ticarətimizin həcmini artırmaq üçün anlaşma memorandumu imzalayacağıq

2023.06.15 15:42 (UTC+04:00)

Pakistanla ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərəcək, bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı ölkələrimiz arasında istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində də böyük perspektivlərin olduğunu qeyd edib.

AZƏRTAC