"Həmkarım energetika naziri Pərviz Şahbazovla birlikdə Pakistan İslam Respublikasının ticarət naziri Səid Navid Qəmər və neft üzrə dövlət naziri Musadik Məsud Maliklə keçirdiyimiz görüşdə Azərbaycan-Pakistan iqtisadi münasibətlərinin inkişaf istiqamətləri, ticarət əlaqələrinin gücləndirilməsinə təkan verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı görülən işlər, qarşılıqlı sərmayələrin təşviqi və energetika sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.