Yunanıstan sosial yönümlü islahatlara üstünlük verir

2019.06.04 19:14 (UTC+04:00)

Keçən illərdə Yunanıstan iqtisadiyyatı daha çox iqtisadi böhranın təsirlərinin azaldılması və aradan qaldırılması istiqamətində təcili atılan addımlarla gündəliyə gəlirdi. Böhran uzaqlaşdıqca ölkədə insanların sosial rifahının yüksəldilməsinə yönəldilmiş tədbirlər görülür.
Mayın 20-dən qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən, hər il may ayının əvvəlində pensiyaçılara əlavə - 13-cü pensiya ödəniləcək. Bundan əlavə, ictimai iaşə, eneji və ərzaq məhsulları üçün tətbiq edilən əlavə dəyər vergisinin dərəcəsi 24 faizdən 13 faizə endirilib. Yeni qanunvericilikdə dövlət xidmətləri ilə bağlı borcların silinməsinin mümkünlüyü məsələsi də nəzərdən keçirilir.