Qeyri-neft-qaz sahəsində ixrac edilən məhsulların müxtəlifliyi artır

2023.06.14 11:14 (UTC+04:00)

2018-2022-ci illər ərzində sənaye məhsulları ixracının əmtəə nomenklaturası 884-dən 1.204-ə, kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası isə 307-dən 332-yə yüksəlib. Bu göstərici qeyri-neft-qaz sahəsində ixrac edilən məhsulların müxtəlifliyinin artmasını və ixrac potensialının genişləndirilməsini ifadə edir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə hesablarındakı paylaşımında məlumat verilib.