Orta Dəhlizin önəmi daha da artır

2023.06.13 15:40 (UTC+04:00)

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan üzərindən, yəni Xəzər dənizi üzərindən gedən yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.

Buna görə Azərbaycanda nəqliyyat və logistika imkanlarının genişləndirildiyini diqqətə çatdıran dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirib çıxarılır". (AZƏRTAC)