Dövlət Vergi Xidmətindən bildirilib ki, fəaliyyətini dayandırmış hüquqi şəxsin fəaliyyətini aktivləşdirməsi üçün hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bunun üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış” vergi orqanına təqdim edilməlidir.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə və ya "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" altbölməsindən əldə edə bilərsiniz.
Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.
Əsas: Vergi Məcəlləsinin 16.3-cü və 16.5-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 23.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.