Bu ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 27309 mənşə sertifikatı verilib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə Xidmətin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.
Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə verilən mənşə sertifikatlarının sayı 25,9 faiz artıb.