Daha 85 əmlak hərraca çıxarılır

2019.06.04 12:21 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, iyulun 2-də keçiriləcək növbəti hərraca investorları cəlb edə biləcək 86 əmlak çıxarılıb. Özəlləşməyə çıxarılan əmlaklardan 19-u səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, 1-i isə yarımçıq tikilidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Əmlaklardan 15-i xidmət, 5-i sənaye, 1-i səhiyyə, qalanları isə kənd təsərrüfatı və təmir sahələrinə aiddir. Özəlləşməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən 5-i paytaxtda, qalanları respublikanın digər rayon və şəhərlərində yerləşir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kənd-kimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır.

Hərrac haqqında ətraflı məlumatı "Özəlləşmə portalı"nın "Hərraclar" bölməsindən (http://www.privatization.az) əldə etmək olar.