Qeyri-neft-qaz ixracının həcmi 3 milyard dolları ötüb

2023.06.09 14:32 (UTC+04:00)

2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft-qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 milyard dollardan 3,05 milyard dollara çatıb.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.

“Qeyri-neft sektorunun təşviqi istiqamətində həyata keçirilən islahatlar dayanıqlı iqtisadi inkişafa mühüm təkan verir”, - nazir əlavə edib.