Hansı ödənişlər gəlirdən çıxılan xərclərə aid edilmir?

2023.06.09 10:10 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, işçinin işəgötürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda - həmin borcun və ya öhdəliyin məbləği muzdlu işlə əlaqədar alınan gəlir hesab olunur və ümumi qaydada gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı hesablanır.

Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən, Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunan ödənişlər gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 108-ci və 109-cu maddələri.