Türkmənistan Azərbaycan və Türkiyə ilə iqtisadi Sazişi ratifikasiya edib

2023.06.09 09:34 (UTC+04:00)

Aşqabad Türkmənistan, Azərbaycan və Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişi ratifikasiya edib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Türkmənistan mətbuatına istinadən xəbər verir ki, üçtərəfli ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin ratifikasiyası haqqında qanun Türkmənistanın dövlət mətbuatında dərc olunub.

Xatırladaq ki, Saziş 2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Türkiyə dövlət başçılarının Birinci Zirvə görüşü zamanı imzalanıb.