Azərbaycan-Özbəkistan birgə müəssisəsinə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib

2023.06.07 16:09 (UTC+04:00)

Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azting” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib. Şirkət tərəfindən aqroparkın 19,98 hektar ərazisində tut tingçilik təsərrüfatının yaradılması nəzərdə tutulur. İnvestisiya dəyəri 170 min manat olan layihənin icrası ilə 5 nəfər daimi, 50 nəfər mövsümi işlə təmin ediləcək.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.