Qırğızıstan Respublikasının Baş naziri Muxammedkalı Abılqazıyev Qırğızıstandan göndərilən malların Qazaxıstan ərazizindən üçüncü ölkələrə keçirilməsi şərtlərinin asanlaşdırılması ilə bağlı Qazaxıstan tərəfi ilə razılaşmalararın həyata keçirilməsinə həsr olunmuş müşavirə keçirib. Müavirənin gedişində Qırğızıstandan malların ixrac edilməsinə, gömrük rəsmiləşdirilməsi şərtlərinə dair məsələlər müzakirə edilib.
Qırğızıstan Respublikasının Dövlət Gömrük Xidmətinin sədri Almaz Onolbekov qazaxıstanlı həmkarları ilə görüş barədə məlumat verərək bildirib ki, gömrük və vergi inzibatçılığı sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə dair ikitərəfli razılaşma əldə edilib. Qırğızıstanın Dövlət Vergi Xidmətinə vergitutma üzrə səmərəli mexanizmlər hazırlmaq tapşırılıb.