"Startap şəhadətnamələri" veriləcək

2019.06.04 14:40 (UTC+04:00)

Bakıda keçirilən "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar Forumu"nda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, innovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi Agentliyin əsas prioritet hədəflərindən biridir: "Bu məqsədlə innovasiyalar sahəsində sahibkarlığın dəstəklənməsinin təşkilatı modellərin yaradılması və səmərəli fəaliyyətin təmin olunması üzrə tədbirlər nəzərdə tutulub".