Aİ Böyük Britaniyanı Avropa ticarət sazişinə qoşulmağa dəvət edib

2023.06.05 09:41 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Böyük Britaniyanı ilk növbədə avtomobillərə görə tutulan ixrac rüsumlarını azaltmaq məqsədilə Ümumavropa Ticarət Sazişinə (Pan-Euro-Mediterranean Convention, РЕМ) qoşulmağa dəvət edib.

“Financial Times” qəzetinin bu barədə yaydığı məlumatda bildirilir ki, Avropa Komissiyası Aİ ilə Böyük Britaniya arasında ticarətdə mövcud tarif güzəştlərinin uzadılması ideyasını rədd edib. "Əgər Britaniya müqaviləyə qoşulmamaq yolu ilə getsə, biz heç vaxt Avropada öz akkumlyator tədarükü zəncirimizi qura bilməyəcəyik, çünki şirkətlər uzunmüddətli təchizat üçün Çindən asılı olacaq", - Avropa Komissiyanın vitse-prezidenti, qurumlararası məsələlər və proqnozlaşdırma üzrə Avropa komissarı Maros Şefçoviç bildirib.

Qeyd edək ki, Böyük Britaniya Krallığının Aİ-dən çıxmasından sonra qüvvəyə minmiş yeni qaydalara əsasən, 2024-cü ilin yanvar ayından başlayaraq Böyük Britaniya ilə Avrozona arasında daşınan elektrik avtomobillərinin istehsalında ən azı 45% yerli hissələrdən istifadə edilməlidir. Əks halda, onlar üçün 10% əlavə rüsum ödənilməli olacaq. Akkumlyatorlarda istifadə edilən yerli komponentlərin payı isə 60%-ə qədər yüksəldiləcək.