“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qəbulunda olduq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkə hesablarında yazıb.
“Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə etdik, birgə həyata keçirilən layihələrin önəmi və iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində təşəbbüslər barədə fikirlərimizi bölüşdük”,- nazir əlavə edib.