Baş ofisi ABŞ-da yerləşən “Golman Sachs” investisiya bankının açıqlamasnda göstərilir ki, ABŞ-ın 300 milyard dollar dəyərində Çin mallarına 10 faizlik yeni əlavə gömrük vergisi tətbiq etməsi ehtimalı 40 faizdən 60 faizə çatıb.
Bank mütəxəssisləri Meksika məhsullarına tətbiq olunan əlavə gömrük vergilərinin 5 faizdən 10 faizə artırılması ehtimalının 50 faizdən 70 faizə artacağı qənaətindədirlər. “Golman Sachs” mütəxəssisləri belə hesab edirlər ki, yeni istehsal edilən avtomobillərə tətbiq olunan vergilərin artma ehtimalı da 25 faizdən 40 faiz səviyyəsinə qalxıb.
Bankın açıqlamasında vurğulanıb ki, ABŞ, Çin və Meksika arasındakı ticarət gərginlikləri və əlavə gömrük vergilərinin yaratdığı problemlər bu ölkələr arasında imzalanacaq ticarət sazişi ilə həll edilə bilər. Bununla belə, həmin sazişin 2019-cu ilin sonunda və ya gələn ilin əvvəlində imzalana biləcəyi proqnozlaşdırılıb.
ABŞ-ın ilin ikinci yarısı üçün ümumi daxili məhsuluna dair proqnoz isə 0,5 faiz azaldılaraq 2 faizə salınıb.