Gürcüstan-Azərbaycan biznes forumunda ölkəmizin əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış şərait və həyata keçirilən infrastruktur layihələri barədə danışdıq.
Bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşıb.
“Tədbir iki ölkənin biznes dairələri arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından da səmərəli keçdi”, - nazir əlavə edib.