Azərbaycan-Gürcüstan iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

2023.06.02 16:09 (UTC+04:00)

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, sərmayələrin qarşılıqlı təşviqi, nəqliyat-tranzit, energetika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün mövcud imkanları müzakirə etdik.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.