Qeyri-neft ümumi daxili məhsulu əvvəlki proqnozla müqayisədə artırılıb. Bunu nəzərə alaraq, orta illik inflyasiyanın enməsi gözlənilir.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklikləri təqdim edərkən deyib.
Nazir bildirib ki, yenidən baxılan dövlət büdcəsinə əsasən, neftin bir barelinin orta ixrac qiymətinin 60 ABŞ dolları götürülməsi ilk baxışdan riskli görünsə də, real qiymətdir. Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür. (AZƏRTAC)