Çexiya ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi üçün böyük imkanlar var

2023.06.01 16:11 (UTC+04:00)

Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela ilə iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi üçün potensial imkanlar barədə fikir mübadiləsi apardıq.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

“Ölkələrimiz arasında investisiya, sənaye, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var”, - nazir əlavə edib.