Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq gündəliyi müzakirə olunub

2023.06.01 15:33 (UTC+04:00)

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson ilə görüşən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlərin nəzərdən keçirildiyini bildirib:

- Energetika sahəsində reallaşdırılan layihələr;

- İqtisadiyyat Nazirliyi ilə Britaniyanın Azərbaycanda Ticarət Palatası arasında işçi qrupunun yaradılması;

- Ölkələrimiz arasında ticarət və iqtisadi əməkdaşlıq imkanları.