İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının nümayəndələri ilə görüşüb.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə M.Abbasbəyli “Twitter” hesabında yazıb.
Xidmət rəisi görüşdə ölkədə qida və içki sektorunun inkişafı, bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları məsələlər və onların həllində dövlət-özəl əməkdaşlığına dair müzakirələr aparıldığını bildirib.