- Əmanətlərin Sığortalanması Fondu bağlanan bankın kreditorlarına müraciət etdi. Borcunu almaq istəyənlər hara və nə vaxta qədər müraciət edə bilərlər?
- Avtobusla rayona gedərkən qəzaya düşən sərnişinlərə 5 min manata qədər pul verilməlidir. Bəs bu, hansı hallarda mümkündür?
- İpoteka kreditində sığorta müəmması: Konstitusiya Məhkəməsinin qərarını banklar necə şərh edir?
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” proqramının 28 may 2023-cü il tarixli buraxılışında tanış ola bilərsiniz.
Azərbaycanda sahibkarlığın inkişafı üçün bir sıra islahatlar həyata keçirilib. Bu islahatların əsas istiqamətlərindən biri də biznes mühitinin daha da yaxşılaşdırılması və xidmətlərin əlçatanlığının artırılmasıdır. Mövzuyla bağlı sualları İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elçin İbrahimov cavablandırıb.