Azərbaycan Pakistana məhsul ixracını 3,3 dəfə artırıb

2023.05.30 15:39 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Pakistanla ticarət dövriyyəsinin ümumi həcmi 1 076,61 min ABŞ dolları və ya 11,2 faiz artaraq 10 709,46 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk dörd ayında Azərbaycandan Pakistana 886,23 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 617,86 min dollar və ya 3,3 dəfə üstələyir.

Pakistandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 4,9 faiz və ya 458,75 min dollar artaraq 9 823,23 min dollara çatıb.

Cari ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Pakistan ilə ticarətin payı 0,06 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəriciyə bərabərdir.