Biz səfərdən (İsrail Prezidentinin səfəri – red.) sonra müsbət dinamikanın şahidi olacağıq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşdə bildirib.
Dövlətimizin başçısı deyib: “Çünki baxmayaraq biz ayrı-ayrı istiqamətlər - ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik”. (AZƏRTAC)