Əcnəbilərin nağdsız əməliyyatlarının həcmi artıb

2019.06.03 14:57 (UTC+04:00)

Bu ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 103 milyon manat təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin may ayı üzrə "İxrac icmalı"nda bildirilib ki, 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çoxdur.
2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 375 milyon manat olub.
Bu ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları da artaraq 103 milyon manat təşkil edib. Qeyd edək ki, bu ilin mart ayında həmin məbləğ 98 milyon manat təşkil edib.